AZ

Mərkəzi Gömrük Hospitalında "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib

Mərkəzi Gömrük Hospitalında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının əməkdaşları və həkim-rezidentlər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev bildirib ki, müasir müstəqil Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşması Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və əvəzsiz xidmətləri nəticəsində mümkün olub. Onun rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin siyasi, iqtisadi və hüquqi inkişafının əsas bünövrəsini formalaşdırıb.
Rəis müavini İsmayıl Əfəndiyev çıxışında vurğulayıb ki, qəbul edilən Konstitusiya humanizm, ədalət və demokratiya prinsiplərinə əsaslanaraq vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və milli-mənəvi dəyərlərin qorunmasına mühüm töhfə verib.

Daha sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin inspektoru Səmra Qasımova çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasının tarixi əhəmiyyəti, formalaşma mərhələləri və müasir dövrdə dövlət idarəçiliyində oynadığı rol barədə məruzə təqdim edib.

Seçilən
49
3
xalqqazeti.az

4Mənbələr