AZ

Türkiyədə məşhurlarla bağlı narkotik qalmaqalı böyüyür

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,İstanbul Baş Prokurorluğu tərəfindən başlanan araşdırma çərçivəsində bir sıra tanınmış şəxslərin test nəticələri müsbət çıxıb. Məhkəmə ekspertizasının rəyində aşağıdakı şəxslərin qan və saç nümunələrində narkotik maddə izlərinə rast gəlinib: Dilan Polat, Derin Talu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırım. Bundan əlavə, İrem Derici, Engin Polat, Ziynet Sali və Feyza Altunun qanında stimullaşdırıcı maddələr aşkar edilib. Məlumata görə, Hadisə Açıkgöz, Mert Yazıcıoğlu, Demet Evgar, Özge Özpirinçci, Zeynep Meriç, Aral Keskin, Ceren Moray və Duyqu Özaslan kimi məşhurların testləri mənfi nəticələnib və onların barəsində aparılan istintaq dayandırılıb. Qeyd olunur ki, istintaq bəzilərinin narkotik vasitələrdən istifadə etdiyini göstərən ilkin sübutlar əsasında başlanıb.

 

Seçilən
35
Ajans.az

1Mənbələr