AZ

Elnarə: Ərimin sevmədiyi heç nəyi etmirəm

"Hələ əməliyyat haqqında düşünmürəm. Kosmetoloji prosedurlara gedirəm. Aparatlarla üzümə qulluq edilir. Botoks etməsəm, üzüm düşər. Amma əndazədən çıxmadan. Qırış yarananda da onların qarşısını almağa çalışıram".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Qonaqcanlı" verilişində deyib.

İfaçı əri Rövşən Cahangirovdan da danışıb:

"Özüm də sevmirəm, amma ərim də bəyənmir. Süniliyi sevmir. Amma qadağa da qoymur. Çalışıram onun sevmədiyi nəyisə etməyim. Təkcə kosmetoloji prosedurda yox, hər şeydə. Hər ailənin öz qaydası, öz başçısı var. Son söz onundur. Qadın da öz yerini bilməlidir. Yoxsa 20 illik münasibət olmazdı".

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
38
2
yenisabah.az

4Mənbələr