ain.az, Axar.az saytına istinadən bildirir.
Məşhur alman pianoçusu və dirijoru Yustus Frantsın Rusiya Prezidenti Vladimir Putindən “Dostluq” ordeni alması Almaniyada siyasi narazılığa səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
Məlumata görə, Bundestaqın Xristian Demokrat Birliyindən olan deputatı Roland Tays Rusiyaya səfər edib Putindən mükafat alan Yustus Frantsın “Almaniya Federativ Respublikasına Xidmətlərinə görə” ordenindən məhrum edilməsini tələb edib:
“Hibrid hərbi təcavüzləri indiyədək ölkəmizə qarşı yönəlmiş bir diktatorla birləşən kimsə artıq belə bir ordenin daşıyıcısı ola bilməz”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin noyabrın 4-də Kremldə keçirilən mərasimdə Yustus Frantsı “Dostluq” ordeni ilə təltif etmişdi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.