AZ

Qarabağ üçün risk və şans: növbəti mərhələyə necə adlaya bilər?

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda "Çelsi" (İngiltərə) ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçı Ölkə.az-a şərh edən tanınmış idman jurnalisti, "Futbolpress" saytının baş redaktoru Elçin Cəlilov bildirib ki, Çempionlar Liqasının əsas mərhələsinə yüksələndə və ya ilk turda “Benfika” üzərində qələbə qazananda artıq rəqiblər “Qarabağ”a tam ciddi yanaşmağa başlamışdı.

“Napoli” səfəri isə çox çətin olacaq. Çünki “Qarabağ”a məğlubiyyət şanslarının sıfıra düşməsi ilə nəticələnə bilər. Tam motivasiya ilə oynayacaqlar. Belə oyunda “Qarabağ” resursundan qənaətlə istifadə etməyə məcbur olacaq, “Atletik”lə oyun bunu göstərdi.

“Ayaks”da vəziyyət yaxşı deyil, evdə oynayacağıq və qələbə ehtimalı yüksəkdir. Daha bir qələbə təmsilçimizin ilk 24-lükdə qərarlaşmasına səbəb olar bilər, amma bu riskli versiyadır. Bundan sonra “Napoli” və ya “Liverpul” səfərlərindən birində heç-heçəyə nail olmaq, “Ayaks”ı məğlub etmək lazımdır".

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
1
olke.az

2Mənbələr