İstanbulda məşhurlara qarşı aparılan narkotik istintaqında qan və saç nümunələrində heç bir maddə aşkar edilməyən Hadisə Açıkgöz, Mert Yazıcıoğlu, Demet Evgar, Özge Özpirinçci, Meriç Aral, Ceren Moray və Duyğu Özaslan barəsində təqibin dayandırılması (təqsirsizlik) qərarı verilib.
Sherg.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində Məhkəmə-Tibbi Ekspertiza Qurumunun hesabatına əsasən, analiz edilən 19 nəfərdən 7-sinin test nəticəsi mənfi, 8-nin isə müsbət olub.
Müsbət nəticə çıxanlar arasında Dilan Polat və Deren Talu da yer alır. Onlar iddiaları rədd edərək, nəticələrdə görünən maddələrin istifadə etdikləri antidepresan və reseptlə satılan dərmanlardan qaynaqlandığını bildiriblər.
Turan