AZ

"Əgər prezidentə bunu edirlərsə, ölkəmizdəki qadınlara nə olacaq?" - VİDEO

Meksika Prezidenti Klaudiya Şeynbaum Mexiko şəhərində yaşadığı cinsi istismarla bağlı danışıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Şeynbaum yaşadığı hadisənin təkcə özünə deyil, bütün meksikalı qadınlara qarşı hörmətsizlik olduğunu bildirib.

"Mənim fikrim belədir: Əgər mən şikayət etməsəm, digər meksikalı qadınlara nə olacaq? Əgər onlar prezidentə bunu etsələr, ölkəmizdəki bütün qadınlara nə gələcək?

Bu, bir qadın olaraq mənim də yaşadığım bir şeydir, amma eyni zamanda biz də ölkəmizdəki qadınlarla eyni şeyi yaşayırıq. Mən bunu əvvəllər də yaşamışam – prezident olmadığım zaman, tələbə olduğum zaman”.

Prezident təkcə ona deyil, həm də izdihamdakı digər qadınlara təcavüz etdiyi iddia edilən şübhəliyə qarşı işi davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, Meksika Prezidenti Klaudiya Şeynbaum çərşənbə günü paytaxtda gəzərkən bir kişi onu əlləri ilə tutub öpməyə çalışıb.

Billurə Yunus

Seçilən
45
1
olke.az

2Mənbələr