Avropanın bir sıra aparıcı klubları, o cümlədən “Milan”, “Napoli” və Dortmund “Borussiya”sı “Verona”nın 21 yaşlı braziliyalı hücumçusu Covaneni yaxından izləməyə başlayıblar.
Sportal.az xəbər verir ki, futbolçu cəmi dörd ay əvvəl “Korintians” klubundan azad agent kimi İtaliya komandasına keçib və qısa müddətdə A Seriyasının mövsümdəki əsas kəşflərindən birinə çevrilib. Onun sürətli inkişafı diqqətdən kənarda qalmayıb.
"ESPN Brazil"in məlumatına görə, “Milan” və “Borussiya”nın skautları “Verona”nın “İnter”lə oyununda iştirak ediblər. Həmin matçda Covane baxımlı qolla fərqlənib. Hücumun hər iki cinahında oynamaq bacarığı, texniki məharəti və sürəti sayəsində gənc oyunçu müasir universal hücumçu kimi qiymətləndirilir.
Bu mövsüm 12 oyunda meydana çıxan futbolçu 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb, həmçinin A Seriyada ən çox uğurlu driblinq edən oyunçu (14 dəfə) olub.
“Verona” oyunçusunun 30 milyon avro müəyyənləşdirib. Məlumata görə, gənc forvard uğrunda mübarizənin artıq qış transfer pəncərəsində başlayacağı gözlənilir.
saytlarin hazirlanmasi