Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Ağ Ev administrasiyanın Venesuelaya qarşı strategiyası dəyişkən olaraq qalır"
ABŞ Prezidenti Donald Tramp yüksək vəzifəli köməkçiləri ilə söhbətində Venesuelaya qarşı mümkün hərbi əməliyyatlara şübhə ilə yanaşdığını bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
WSJ-nin məlumatına görə, müzakirələr göstərir ki, "bölgədə hərbi qüvvələrin artırılmasına və Trampın hücumlara başlamaqla bağlı açıq təhdidlərinə baxmayaraq, Ağ Ev administrasiyanın Venesuelaya qarşı strategiyası dəyişkən olaraq qalır". ABŞ rəsmiləri bildiriblər ki, Venesuela rəhbərliyi ilə bağlı "hətta əsas məsələlər" də həll olunmayıb.
Mənbələr qeyd ediblər ki, Tramp köməkçiləri ilə hərbi variantlar barədə məsləhətləşmələrə davam edir.
Nəşr yazıb ki, ona təqdim olunan təkliflər "artırılmış iqtisadi təzyiqdən tutmuş Venesuela daxilində hərbi əməliyyatlara, o cümlədən, ehtimal ki, hərbi və dövlət obyektlərinə hücumlara qədər" əhatə edir.
Rəsmilər bildiriblər ki, Ağ Ev "bölgədə ABŞ qüvvələrinin yavaş artırılmasını və Karib dənizi və Sakit okeanda narkotik qaçaqmalçılığında iştirak etməkdə şübhəli bilinən gəmilərə qarşı davamlı zərbələr endirilməsini" davam etdirir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.