Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-sentyabr aylarında İtaliyaya 9 milyon 589 min 366 ton xam neft ixrac edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, ötən 9 ayda Azərbaycanın bu ölkəyə neft ixracının dəyəri isə 4 milyard 992 milyon 915 min dollar təşkil edib. Hazırda İtaliya əsas neft idxalçımızdır. 2021-ci ildən (yanvar-avqust aylarında) bəri İtaliyaya neft ixracımızın miqdarı və dəyəri bu qədər olub:
İllər (yanvar-sentyabr ayları) | Miqdar (ton) | Dəyəri (dollar) |
2025 | 9 589 366 | 4 milyard 992 milyon 915 min |
2024 | 6 575 258 | 4 milyard 164 milyon 17 min |
2023 | 7 985 493 | 4 milyard 986 milyon 285 min |
2022 | 7 558 031 | 5 milyard 674 milyon 36 min |
2021 | 9 542 983 | 4 milyard 323 milyon 731 min |
Bizi sosial şəbəkələrdən izləyin!!