AZ

Almaniyada hava limanında PUA aşkarlanıb

Almaniya mətbuatının rəsmi mənbələrə istinadən yaydığıməlumataəsasən, hadisə ilə əlaqədar hava limanının fəaliyyətini dayandırılıb, bütün uçuşlar təxirə salınıb, təyyarələr başqa şəhərlərdəki hava limanlarına yönləndirilib. Eyni zamanda, Niderlandın paytaxtı Amsterdamdan gələn sərnişin təyyarəsi təhlükəsizlik tədbirləri çərçivəsində geriyə qaytarılıb.

Ölkənin Hava Nəqliyyatına Nəzarət İdarəsinin məlumatına görə, bu, cari ilin sentyabrından bəri hava limanlarında qeydə alınan 5-ci "naməlum PUA" hadisəsidir.

Hazırda PUA-nın mənşəyinin və hava limanına yaxınlaşmasının səbəbinin öyrənilməsi istiqamətində təhqiqat aparılır.

Firudin Həmidli
AzVision.az
Seçilən
66
1
azvision.az

2Mənbələr