AZ

Leandro Andrade ÇL-in bombardirləri arasında

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade UEFA Çempionlar Liqasının bombardirləri siyahısında yer alıb.

Publika.az xəbər verir ki, 26 yaşlı futbolçu ötən gün “Çelsi” ilə 4-matçda (2:2) fərqlənməklə Liqa mərhələsində qollarının sayını 3-ə yüksəldib. O, bu göstərici ilə 8-ci yerə şərikdir. Daha 9 futbolçu eyni sayda fərqlənib.

Qeyd edək ki, ÇL-in bombardiri 6 dəfə rəqib qapıçıları məyus edən “Qalatasatay”ın forvardı Viktor Osimhendir.

Heybət

Seçilən
43
publika.az

1Mənbələr