ABŞ Prezidenti Donald Tramp 22-23 noyabr tarixlərində Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək G-20 sammitində iştirak etməyəcək.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ lideri Mayamidə keçirilən “Amerika Biznes Forumu”nda çıxışında deyib.
“Cənubi Afrika G20-də olmamalıdır”, - deyə o söyləyib.
ABŞ Prezidenti Cənubi Afrikada baş verən bəzi hadisələri heç vaxt bəyənmədiyini bildirsə də, konkret olaraq nəyi nəzərdə tutduğunu deməyib.
Qeyd edək ki, bu ilin mayında Tramp Ağ Evdə Cənubi Afrika Prezidenti Siril Ramafosanı qəbul edib. O, Oval ofisdə verdiyi açıqlamada Cənubi Afrikada ağdərili insanlara qarşı ciddi cinayətlərin törədildiyini və hökumətin bunların qarşısını almadığını deyib. Lakin Prezident Ramafosa ölkədə cinayət nisbətlərini nəzarətdə saxlamağa çalışdıqlarını bildirib və cinayətlərin yalnız ağdərili insanları hədəf aldığı iddiasını rədd edib.
Billurə Yunus