AZ

Almaniya Rusiyanın qeyri biometrik pasportlarını qəbul etməyi dayandıracaq

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Almaniya 1 yanvar 2026-cı ildən etibarən Rusiya vətəndaşlarının qeyri-biometrik pasportlarını ölkəyə giriş üçün qəbul etməyəcək.

Almaniyanın Rusiyadakı səfirliyinin məlumatına görə, həmin tarixdən sonra yalnız biometrik pasportlar etibarlı sayılacaq.

Qeyri-biometrik sənədlər yalnız qüvvədə olan Alman vizası olduqda istifadə oluna biləcək, əks halda sərhəd keçidi mümkün olmayacaq.

Beləliklə, Almaniya Rusiyanın köhnə tipli pasportlarını tanımaqdan imtina edən səkkizinci Şengen ölkəsi olub. Daha əvvəl Çexiya, Danimarka, Estoniya, Fransa, İslandiya, Litva və Latviya oxşar qərar qəbul etmişdi.

Biometrik pasportlarda sahibinin şəxsi məlumatları və barmaq izlərini ehtiva edən elektron çip mövcuddur və bu sənədlər beynəlxalq səviyyədə daha təhlükəsiz hesab olunur.

Günay

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
icma.az

1Mənbələr