AZ

İndoneziyada vulkan püskürdü

İndoneziyanın mərkəzi hissəsində yerləşən Şərqi Yava əyalətində Semeru vulkanı püskürüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, vulkan püskürməsindən sonra kül kütləsi təxminən 1000 metr yüksəkliyə ( dəniz səviyyəsindən 4 676 metrə qədər) qalxıb. Qeyd olunur ki, kül şimal və şimal-şərq istiqamətlərində yayılır.

İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi bölgə sakinlərinə ehtiyatlı olmağı və vulkanın kraterinə 3 kilometr məsafədən yaxınlaşmamağı tövsiyə edib. Bildirilib ki, vulkan ətrafa qızmar daş parçaları yaya bilər.

Seçilən
35
unikal.az

1Mənbələr