AZ

DİN əməkdaşları Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirib - VİDEO

DİN
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları növbəti ağacəkmə kampaniyası keçirib. Bu barədə 1news.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Sabunçu rayonu ərazisində növbəti ağacəkmə kampaniyası keçirilib. Əvvəlcə, Ramana qəsəbəsində seçilmiş ərazidə abadlıq və təmizləmə işləri aparılıb. Sonra polis əməkdaşları və hərbi qulluqçular yerli iqlimə uyğunlaşdırılmış şam və zeytun tinglərini əkib, ağaclara aqrotexniki qaydada qulluq göstərib, suvarma işləri görüblər. Tinglərin küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb

Seçilən
21
15
1news.az

10Mənbələr