AZ

Salyanda qəzada yaralanan şəhid atasıdır YENİLƏNİB (VİDEO)

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

06.11.2025-ci il tarixində, saat 10:40 radələrində ­Salyan rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər (1 kişi, 1 qadın) Salyan Rayon Mərkəzi Xəstəxanası­­nın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabildir", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, qəzada xəsarət alan Vidadi Mənəfov Vətən müharibəsinin "Qarabağ" ordenli şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Şahmar Mənəfovun atasıdır.

***15:13

Salyanda iriçənli avtomaşın və minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Salyan rayonunun Qarabağlı kəndi ərazisində qeydə alınıb. “KamAZ” markalı avtomaşın və “Mercedes” markalı minik avtomobili toqquşub.

Hadisə zamanı xəsarət alan şəxs Vidadi Mənəfov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
unikal.az

1Mənbələr