AZ

Rutte xəbərdarlıq etdi – “Hazır olun”

NATO-nun baş katibi Mark Rutte müttəfiqləri Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmağa çağırıb.

NOCOMMENT.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Rumıniyada keçirilən müdafiə sənayesi forumunda bildirib.

Onun sözlərinə görə, Ukraynada münaqişənin sona çatması ilə “Rusiyadan gələn təhlükə” aradan qalxmayacaq.

Rusiyanı Avropada sabitliyi pozan qüvvə adlandıran baş katib deyib: “Onlar uzunmüddətli qarşıdurmaya hazırlaşırlar. Biz sadəlövh ola bilmərik. Biz də hazır olmalıyıq”.

Rutte vurğulayıb ki, Rusiya “qlobal qaydaları pozmağa cəhddə yalnız deyil”, çünki Çin, Şimali Koreya, İran və digər ölkələrlə əməkdaşlıq edir.

Xatirə SADİQ

Seçilən
81
nocomment.az

1Mənbələr