ABŞ Prezidenti Donald Tramp Çin və Rusiya ilə birlikdə nüvəsizləşdirmə planı üzərində işləyə biləcəyini bildirib. Ancaq Tramp planla bağlı konkret detalları açıqlamayıb.
“Biz nüvə gücümüzü yenidən yaratdıq – biz bir nömrəli nüvə gücüyük, bunu etiraf etmək istəmirəm, çünki bu, dəhşətdir. Rusiya ikincidir. Çin üçüncüdür, lakin onlar dörd və ya beş ilə bizə çatacaqlar. Ola bilsin, üçümüz birlikdə nüvəsizləşdirmə planı üzərində işləyək. Görək, bu işə yarayacaq yoxsa yox” – deyə Tramp bildirib.
Tramp Amerikanın dünyada ən güclü orduya malik olduğunu deyib: “Bu il biz Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələrinə bir trilyon dollar qoyuruq. Bu, indiyə qədər yatırdığımız ən böyük məbləğdir”.
TAHİR