AZ

Baş katib NATO ölkələrini Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmağa çağırıb

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

Mark Rutte: "Yaxın gələcəkdə Rusiya Avropada və dünyada sabitliyi pozan qüvvə olaraq qalacaq”

NATO-nun Baş katibi Mark Rutte Alyansı Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmağa çağırıb. AYNA.AZ xəbər verir ki, Rutte bu barədə Buxarestdə keçirilən NATO Sənaye Forumundakı çıxışı zamanı deyib.

Baş katib bildirib ki, "yaxın gələcəkdə Rusiya Avropada və dünyada sabitliyi pozan qüvvə olaraq qalacaq. Rusiya qlobal qaydaları pozmaq cəhdlərində tək deyil".

Rutte vurğulayıb ki, Rusiya Çin, Şimali Koreya, İran və digər ölkələrlə əməkdaşlıq edir və bu ölkələr "müdafiə və sənaye əməkdaşlığını görünməmiş səviyyəyə qaldırır".

NATO-nun Baş katibi Alyans ölkələrini "sadəlövh olmamağa" və uzunmüddətli qarşıdurmaya hazırlaşmağa çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
ayna.az

2Mənbələr