AZ

Bu kənddə hər kəsin soyadı eynidir - Qəribə kənd

Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonuna bağlı Yeşildere kəndində qeyri-adi vəziyyət yaşanır. 65 evdən ibarət kənddə kənd imamı Rıdvan Kuş istisna olmaqla, bütün sakinlərin soyadı “Bilici”dir.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, kəndin bələdçi rəhbəri (muxtarı) Melih Bilici vəziyyətin zaman-zaman rəsmi sənədlərdə qarışıqlığa səbəb olduğunu bildirib:

“Rəsmi işlərdə səhvlər olur. Məsələn, qardaşımın oğlu ilə əmimin adı eyni idi. Bir dəfə dövlət nümayəndələri səhv salaraq əmimi axtarıb tutublar.”

Yüksekovadan təxminən 35 kilometr uzaqlıqda yerləşən Yeşildere kəndinin tarixi təxminən 110 il əvvələ dayanır.

Məlumata görə, kənd Mevlüt Bilici adlı şəxs tərəfindən qurulub. O, həyat yoldaşı və uşaqları – Refik, Sıddık, Kerem, Fetullah, Tevfik və Feyzi Bilici ilə birlikdə Gökyurt kəndindən köçərək bu ərazidə məskunlaşıb.

Zaman keçdikcə Mevlüt Bilicinin nəsli böyüyüb və bu gün kənddə həm evlərin, həm də əhalinin sayı xeyli artıb.

Seçilən
15
manset.az

1Mənbələr