AZ

Vatikan–Fələstin zirvəsi: Papa və Mahmud Abbas Qəzza böhranını və “iki dövlət” planını müzakirə etdi

Vatikan rəhbəri Papa XIV Lev ilk dəfə Fələstin Administrasiyasının sədri Mahmud Abbas ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, tarixi görüş zamanı əsas müzakirə mövzusu Qəzzadakı humanitar vəziyyət və münaqişənin “iki dövlət” həlli olub.

Görüşdən yayılan məlumata görə, tərəflər Qəzzada mülki əhali üçün təcili və maneəsiz humanitar dəhlizlərin açılmasının vacibliyini vurğulayıblar.

Bundan əlavə, Vatikan İsrail–Fələstin münaqişəsinin sülh yolu ilə həlli üçün beynəlxalq səylərin gücləndirilməsinə dəstək ifadə edib.

Papa XIV Lev görüş zamanı bildirib:

“Daimi sülh yalnız ədalətli həll yolu ilə mümkündür. İki dövlət modeli bölgədə sabitliyin açarıdır".

Mahmud Abbas isə Fələstin xalqının öz dövlətinə sahib olmaq hüququnun beynəlxalq səviyyədə tanınmasının və qorunmasının vacibliyini qeyd edib.

Görüşü müşahidəçilər Yaxın Şərq danışıqlarının yenidən aktivləşdirilməsi üçün vacib siqnal kimi dəyərləndirir.

Musavat.com

 

Seçilən
35
musavat.com

1Mənbələr