AZ

Ancelina Colinin mühafizəçisi Ukrayna ordusuna avtomobil bağışlayıb, lakin saxlanılıb

Hollivud ulduzu Ancelina Colinin mühafizəçisi Ukrayna Silahlı Qüvvələrinə avtomobil hədiyyə edib.

Editor.az xəbər verir ki, bu barədə məlumatı “Shot” Telegram kanalı yayıb.

Məlumata görə, Colinin şəxsi mühafizəçisi Ukrayna ordusuna milyonlarla dollar məbləğində ianələr edib, həmçinin şəxsi avtomobilini də hərbçilərə bağışlayıb. Lakin bu səxavətli addımına baxmayaraq, TCC əməkdaşları (Ukraynanın Hərbi Komissarlıq nümayəndələri) onun bu jestini dəyərləndirməyiblər.

“Colinin mühafizəçisi saxlanılaraq zirzəmiyə salınıb. Onun kürəyində ciddi zədə olduğunu təsdiqləyən tibbi rəyə baxmayaraq, onu xidmətə göndərmək üçün sənədlər hazırlanır”, – məlumatda qeyd olunur.

Telekanalın bildirdiyinə görə, saxlanılan 33 yaşlı şəxs Kirovoqraddandır. O, yerli məktəbi bitirdikdən sonra Milli Aviasiya Universitetinin Uçuş Akademiyasında təhsil alıb. Tanışlarının sözlərinə görə, Colinin mühafizəçisi mütəmadi olaraq Ukrayna Silahlı Qüvvələrinə ianələr edir, pilotsuz uçuş aparatları (PUA) alır, hərbçilərə baş çəkir və onlara avtomobillər hədiyyə edir.

Qeyd olunur ki, noyabrın 6-da Ancelina Colinin ukraynalı mühafizəçisinin TCC əməkdaşları tərəfindən aparıldığı və bundan sonra onunla əlaqə saxlamağın mümkün olmadığı bildirilib.

Mühafizəçinin həyat yoldaşı Ukrayna mediasına açıqlamasında qeyd edib ki, hadisə baş verdikdən sonra Hollivud ulduzu Ancelina Coli onunla əlaqə saxlaya bilməyib və vəziyyətdən xəbərsizdir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
38
editor.az

1Mənbələr