AZ

Yusuf Güney Bakıda konsert verəcək!

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyəli məşhur müğənni Yusuf Güney 9 noyabr saat 20:00-da Bakıda, Hayal Kahvesində səhnəyə çıxacaq.

Sherg.az xəbər verir ki, NN Film AZ-ın təşkilatçılığı ilə baş tutacaq bu konsert paytaxtdakı musiqisevərlər tərəfindən böyük maraqla və səbrsizliklə gözlənilir.

Yusuf Güney repertuarında yer alan sevilən mahnılarını canlı ifa edəcək və izləyicilərinə unudulmaz musiqi axşamı bəxş edəcək.

Hayal Kahvesində keçiriləcək bu konsertin biletlərinə artıq tələbat yüksəkdir. Musiqisevərlər sevdikləri sənətçi ilə eyni səhnə atmosferini paylaşmaq üçün günləri sayırlar.

Elmar İbrahimli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
sherg.az

2Mənbələr