AZ

Pişiklər üçün ÖLÜMCÜL əl hərəkəti – Baytarlar XƏBƏRDAR EDİR

Adi əl hərəkəti pişiyinizə zərər verə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə baytar mütəxəssisləri məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, təhdidedici əl hərəkəti etmək pişiyin bunu təhlükə kimi qəbul etməsinə səbəb olur.

Bu, ürək döyüntüsünün kəskin artmasına, panikaya və ağır stresə gətirib çıxara bilər. Nadir hallarda bu reaksiya ürək tutmasına qədər gedə bilər.

Baytarlar xəbərdarlıq edir: bu jesti nə balaca, nə də böyük pişiklərə qarşı tətbiq etmək olmaz. Pişiklərlə ünsiyyətdə sakit davranış, yumşaq jestlər və təhlükəsizlik hissi vacibdir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
31
1
interpress.az

2Mənbələr