AZ

Vergi Məcəlləsində ölkədə istehsal edilən benzin, dizellə bağlı dəyişiklik təklif edilir

Növbəti ildən Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,02 manatdan 0,07 manata kimi artırılır.

Teleqraf xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Eyni zamanda idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,02 manatdan 0,07 manata artırılır.

Eyni zamanda yerin təkindən çıxarılan xam neftə görə mədən vergisinin dərəcəsi xam neftin hər tonuna görə 12 manat, təbii qaz və kondensatlara görə isə təbii qazın və kondensatların hər min kubmetrinə görə 15 manat məbləğində müəyyən ediliib.

Seçilən
70
teleqraf.com

1Mənbələr