AZ

HƏMAS-ın yüzlıərlə döyüşçüsü İsrailin nəzarətində olan tunellərdə qalıb

İsrailin Qəzzada keçirdiyi əməliyyatlar nəticəsində yüzlərlə HƏMAS üzvü yeraltı tunellərdə mühasirədə qalıb...

Poliqon xəbər verir ki, The Wall Street Journal qəzetinin məlumatına görə, Qəzza zolağının İsrail nəzarətində olan hissəsində çox sayda HƏMAS döyüşçüsü hələ də tunellərdə gizlənir. Onlar döyüşü davam etdirməyə hazır olduqlarını bildirir, bu isə bölgədəki kövrək atəşkəsi təhlükə altına salır.

Məlumata görə, bu vəziyyət İsrailin may ayında başladığı əməliyyatların nəticəsidir. Həmin əməliyyatlar HƏMAS-ın geniş yeraltı tunel şəbəkəsini məhv etməyə və döyüşçüləri sıxışdırmağa yönəlib. Bu tunellərdə təşkilat uzun müddət ərzində silah, əsirlər və döyüşçüləri gizlədib. İsrailin əsas strategiyası isə tunel sisteminin müxtəlif hissələrini bir-birindən təcrid etməyə əsaslanırdı.

Lakin atəşkəs çərçivəsində İsrail qoşunlarının bir hissəsinin geri çəkilməsi nəticəsində bir sıra HƏMAS dəstələri ön xəttin arxasında qalıb. Onlar indi yeraltı keçidlərdə çıxış yolu olmadan, azalan ərzaq və sursat ehtiyatları ilə mühasirədədirlər.

Ərəb rəsmilərinin bildirdiyinə görə, bu “tunellərdə qalan döyüşçülər” məsələsi Qəzza üzrə danışıqlarda ciddi fikir ayrılığı yaradıb. HƏMAS onların təhlükəsiz şəkildə öz nəzarətində olan ərazilərə keçidini tələb edir. İsrail tərəfi isə bu təkliflə razılaşmır və döyüşçülərin ya təslim olmalı, ya da zərərsizləşdirilməli olduğunu bildirir.

Ekspertlər hesab edirlər ki, vəziyyətin bu şəkildə gərginləşməsi, həm atəşkəsin davamlılığına, həm də bölgədəki humanitar sabitliyə ciddi təsir göstərə bilər.

Poliqon.info

Seçilən
59
poliqon.info

1Mənbələr