AZ

“Coğrafi sərhədləri ordu, mənəvi sərhədləri dil qoruyur” – Əliməmməd Nuriyev

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, Prezident İlham Əliyevin “Bizim dilimiz çox zəngindir, xarici sözlərə ehtiyac yoxdur. Ana dilimizin saflığını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur” fikri Azərbaycan dilinə münasibətdə yeni strateji baxış gətirib.

Onun sözlərinə görə, dil sadəcə ünsiyyət vasitəsi deyil, milli dövlətçiliyin və mənəvi təhlükəsizliyin əsas dayaqlarından biridir:

"Prezidentin “Dil məsələsi yalnız mədəniyyət yox, milli təhlükəsizlik məsələsidir” fikri də bunu təsdiqləyir. Qloballaşma dövründə yad sözlərin artması və elmi-texnoloji terminologiyanın tam formalaşmaması ana dilinin qarşısında yeni çağırışlar yaradır. Prezidentin sözləri ilə, “texnologiyaları mənimsəyərkən milli kimliyimizi və dilimizi qorumağı unutmamalıyıq.” Azərbaycan dili artıq yalnız ədəbiyyatın dili deyil, rəqəmsal suverenliyin, informasiya təhlükəsizliyinin və milli kimliyin təməlidir. Coğrafi sərhədləri ordu qoruyursa, mənəvi sərhədləri dil qoruyur”.

Seçilən
46
qht.az

1Mənbələr