AZ

Samur-Yalama Milli Parkının yaradılması gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Samur-Yalama Milli Parkının “Tel bulağı” marşrutunda 5 noyabr – Samur-Yalama Milli Parkının yaradılması günü münasibətilə maarifləndirici tədbir təşkil edilib. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional bölmələrinin əməkdaşları, həmçinin Xaçmaz rayonunun Susayqışlaq kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Görüş zamanı iştirakçılara xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, Samur-Yalama Milli Parkının zəngin bioloji müxtəlifliyi barədə geniş məlumat verilib. Eyni zamanda ətraf mühitin mühafizəsinə dair mövcud qanunvericilik tələbləri, ekoloji problemlər və onların həlli istiqamətində ictimaiyyətin rolunun artırılmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbir çərçivəsində milli parkın ərazisində maarifləndirici ekskursiya da təşkil olunub. Ekskursiya zamanı qonaqlar ərazidə mövcud flora və fauna nümunələri, ekosistem xüsusiyyətləri, eləcə də turist marşrutları ilə yaxından tanış olublar.

Seçilən
24
ekologiya.az

1Mənbələr