Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 6-da Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Con Alderdays ilə görüşüb.
Manset.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.
"Bu gün Böyük Britaniyanın Azərbaycana və Mərkəzi Asiyaya ticarət üzrə elçisi Lord Alderdice ilə görüşməkdən məmnun oldum. Biz strateji tərəfdaşlıq ruhunda ikitərəfli ticarət, biznes və investisiya əlaqələrimizi daha da genişləndirmək, həmçinin süni intellekt, rəqəmsal transformasiya və əlaqəlilik sahəsində yaranan imkanlardan yararlanmaq yolları barədə səmərəli fikir mübadiləsi apardıq", - məlumatda qeyd olunub.
Glad to meet today Lord Alderdice @AlderdiceLord, UK trade envoy on Azerbaijan and Central Asia. We had a great conversation on how we can further extend our bilateral trade, business and investment relations in the spirit of strategic partnership as well as seize the… pic.twitter.com/IAIfEcLiwL
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 6, 2025