AZ

Bizə zəmanət verilib, Zəngəzurdan İrana təhdid olmayacaq - Arakçi

"Bizə zəmanət verilib ki, Zəngəzur məsələsi ilə bağlı İrana heç bir təhdid olmayacaq".

Modern.az xəbər verir ki, “Tasnim”in məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Arakçi Həmədanda tələbələrlə görüşündə bildirib.

"Biz regionun sərhədlərində və ya geosiyasətində heç bir dəyişiklik qəbul etmirik və inanırıq ki, regional təhlükəsizliyi təmin etməyin ən yaxşı yolu regional əməkdaşlıqdır və bizim ideyamız "3+3" formatıdır. Zəngəzur məsələsi ilə bağlı birbaşa əlaqə saxlayırıq və bizə zəmanət verilib ki, İrana heç bir təhdid olmayacaq. Əlbəttə ki, biz vəziyyəti izləyirik".

Seçilən
37
modern.az

1Mənbələr