AZ

Çin astronavtları Yerə qayıdaBİLMİR

Çinin “Şençjou-20” missiyasının astronavtları altı aylıq kosmik səfərdən sonra Yerə qayıda bilmirlər.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, buna səbəb kosmik gəminin orbitdə zədələnməsi olub.

Məlumata görə, kapsul kosmik tullantılarla toqquşub və toqquşma nəticəsində aparatda dərin əyilmə və zədələnmələr yaranıb. Ekipaj üzvləri ehtiyat edir ki, bu nasazlıqlar Yerə eniş zamanı təhlükə yarada bilər.

Hazırda astronavtlar aprel ayından bəri yerləşdikləri “Tiangong” kosmik stansiyasında qalırlar. Onlar elmi tədqiqatlar aparır, açıq kosmosa çıxışlar edir və uzunmüddətli çəki­sizlik şəraitində yaşayırlar.

Yeni ekipaj artıq 31 oktyabrda orbitə göndərilib və kosmik laboratoriyaya çatıb. Lakin “Şençjou-20” heyətinin hələlik stansiyada qalması qərara alınıb. Astronavtlar zədələrin miqyasını və mümkün texniki nasazlıqları tam qiymətləndirdikdən sonra Yerə dönüş planı hazırlanacaq.

Hazırda astronavtların Yerə qayıdış tarixi açıqlanmayıb.

Nuriyyə NATİQQIZI

Seçilən
31
20
redaktor.az

10Mənbələr