AZ

ABŞ la münasibətləri nəzərdən keçirməyə hazırıq Tiflis

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Gürcüstan hakimiyyəti ABŞ-la münasibətlərin açıq şəkildə nəzərdən keçirilməsinə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının baş katibi Kaxa Kaladze deyib.

“Əvvəlki administrasiya dövründə təhdidlər eşitmişdik, bu da qəbuledilməzdir. Biz müstəqil bir ölkəyik, əcdadlarımız bunun uğrunda mübarizə aparıblar və heç kimdən asılı olmamaq üçün müstəqillik qazanıblar”, - o bildirib.

Kaladze qeyd edib ki, Gürcüstanın hakim partiyası ilə ABŞ Prezidenti Donald Tramp administrasiyasının mövqeləri əsasən üst-üstə düşür:

“Xüsusilə, bu, ölkədəki müəyyən qüvvələrin xaricdən maliyyələşdirilməsi məsələsində”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
1
axar.az

2Mənbələr