AZ

Labubu oyuncaqlarında təhlükəli kimyəvi maddə tapıldı

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

İsveçdə saxta "Labubu" oyuncaqlarında reproduktiv sistem üçün təhlükəli kimyəvi maddə aşkarlanıb.

Ölkə.az xəbər verir ki, bu barədə Kimyəvi Məhsullara Nəzarət Agentliyi məlumat verib.

Agentliyin açıqlamasına görə, yoxlanılan yeddi kukladan beşinin üz hissəsində qadağan edilmiş DEHP (dietilhekzilftalat) maddəsinin yüksək səviyyəsi müəyyən edilib.

Qurum bildirib ki, bu maddə insanın reproduktiv sistemi üçün zərərlidir, doğum qabiliyyətinə və dölün inkişafına mənfi təsir göstərə bilər. İsveçdə DEHP-in oyuncaq istehsalında istifadəsi 1990-cı illərin sonundan qadağandır, lakin bəzi ölkələrdə plastiki yumşaltmaq üçün ucuz vasitə kimi hələ də istifadə olunur.

“Kiçik uşaqlar xüsusilə həssasdır, çünki onların orqanizmi inkişaf mərhələsindədir və onlar əksər hallarda oyuncaqları ağızlarına aparırlar. Bu isə maddənin udulması riskini artırır”, – deyə məlumatda qeyd olunur.

Agentlik həmçinin bildirib ki, İsveç gömrüyü bu ilin əvvəlindən etibarən 5,3 mindən çox saxta labubu kuklasının ölkəyə gətirilməsinin qarşısını alıb.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
3
olke.az

4Mənbələr