AZ

İngiltərədə səhvən azad edilən məhkum gülərək təslim oldu

İngiltərədə Uandsuort həbsxanasından yanlışlıqla azad edilən üç məhkumdan biri — dələduzluq ittihamı ilə 4 il həbs cəzası alan Smith — jurnalistlərin qarşısında gülümsəyərək və əl sallayaraq öz istəyi ilə təslim olub.

Sistemdəki “cazası ertələnib” xətası səbəbindən 3 noyabrda azadlığa buraxılan Smith-in təslim olmasından sonra polis hadisə ilə bağlı açıqlama verməyib.

Eyni səhv nəticəsində 29 oktyabrda sərbəst buraxılan və cinsi təcavüzdə təqsirli bilinən qeyri-qanuni miqrant Brahim Kaddour-Cherif isə hələ axtarılır. Onun deportasiya prosesi də davam edir.

Digər oxşar hadisədə, iki cinsi təcavüz cinayətinə görə həbsdə olan Efiopiyalı sığınacaq axtaran Hadush Kebatu da 24 oktyabrda səhvən azad edilib, iki gün sonra Londondakı parkda tapılıb.

Seçilən
34
aznews.az

1Mənbələr