Bu gün Sitat.info saytında Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın icarədar sahibkarlardan ikiqat işıqpulu yığması ilə bağlı şikayət yazısı dərc olunmuşdu.
Məsələ ilə “Azərişıq” ASC-dən “Sitat.info”ya bildirildi ki, “Binə” TM-dən ümumilikdə bir əsas sayğac üzrə ödəniş alınır və qurum daxoli yığımlara qarışmır:
“Qurum olaraq biz bazarın daxilində baş verənlərə müdaxilə etmək səlahiyyətində deyilik.
Bazarın girişində baş sayğac quraşdırılıb, ona uyğun hesablama aparırıq. Bu məsələ bazar rəhbərliyi ilə satıcılar arasında həll olunur”.