Türkiyəli aktrisa Merve Bulutun yeni layihəsi bəlli olub.
"Unikal" xəbər verir ki, aktrisa "Doc" serialında rol alacaq. O, layihədə "Nesrin" obrazına həyat verəcək.
Qeyd edək ki, ekran işinin baş rollarını İbrahim Çelikkol ilə Alina Boz canlandıracaq.
Merve son olaraq "Taçsız prenses"də çəkilib.