AZ

Cəfəri İranda məcburi hicab rejimini sərtləşdirməyə çağırdı

BAKI, 6 noyabr. TELEQRAF

İranın İsfahan vilayətinin məhkəmə sisteminin rəisi Əsədullah Cəfəri könüllü hicabı “normadankənar davranış” adlandıraraq, “ictimai pozğunluğun qarşısının alınmasının vacibliyini” vurğulayıb.

Teleqraf xəbər verir ki, o, məcburi hicaba dair “İffət və hicab” qanununun tam şəkildə icrasını tələb edib.

“Bəzi insanlar normadan kənar davranışlar edərək, nümayişkaranə şəkildə ictimai əxlaqın zədələnməsinə səbəb olurlar. Bu şəxslər qanunazidd hərəkət etdiklərinə görə, onların əməlləri açıq-aşkar cinayət sayılır və hüquq-mühafizə orqanları qanuni vəzifələrini yerinə yetirməlidirlər”, - o bildirib.

Cəfərinin sözlərinə görə, hüquq-mühafizə orqanları hicab qaydalarını pozan qadınları aşkarlayaraq “qanun pozucuları qismində” məhkəmə orqanlarına verməlidirlər.

Seçilən
21
teleqraf.com

1Mənbələr