Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti görüşünə çıxıb.
QOL.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda Tacikistanla üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə başa çatıb - 3:0 (25:5, 25:11, 25:9).