ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
“Ət bazarında bahalaşma tendensiyası davam edir. Bunun əsas səbəbi saxlanılan heyvanların sayının azalmasıdır. Ətə olan tələbat isə əksinə, artır”. Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.O qeyd edib ki, son 10 ilin statistikasına baxdıqda, saxlanılan xırdabuynuzlu heyvanların sayında 20 faiz azalma müşahidə olunur:“İribuynuzlu heyvanların sayında da azalma tendensiyası qeydə alınıb. Buna baxmayaraq, əhalinin ətə olan tələbatı 25 faizədək artıb. Boş otlaq sahələrinin azalması maldarlığın inkişafına birbaşa təsir göstərir. İntensiv təsərrüfatlarda heyvan saxlamaq xərci daha yüksəkdir. Nəticədə, bu amillər ətin qiymətinin artmasına səbəb olur. Ətin bahalaşmasının qarşısını alan əsas amil əvvəllər idxal idi. Lakin hazırda ucuz idxal imkanları məhduddur. Əvvəllər bazarda Ukraynadan gətirilən ucuz ətlər yer alırdısa, Rusiya–Ukrayna müharibəsi bu mənbəni xeyli zəiflədib. Hər iki ölkədə ətin qiyməti bahalaşıb, logistika xərcləri isə artıb. Bütün bu faktorlar ətin qiymətinə birbaşa təsir göstərir. Bununla belə, bahalaşmanın müsbət tərəfi də var. Ət istehsalı və heyvandarlıq sahəsi sahibkarlar üçün daha cəlbedici istiqamətə çevrilib”.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.