AZ

Yonca Evcimikdən Möhtəşəm Geri Dönüş – “Lambada” Partisi İstanbulda

Yonca

Pop musiqisinin siması olan Yonca Evcimik yeni “Lambada” mahnısını xüsusi gecədə qeyd etdiTürkiyənin pop musiqi səhnəsində iz buraxan Yonca Evcimik yenidən musiqi dünyasına qayıtdı. O, yeni “Lambada” mahnısını İstanbulun Ernests Barında təşkil etdiyi əyləncəli tədbirlə qeyd etdi. Evcimik gecəyə rəqqaslarla birlikdə səhnəyə hazırladığı xüsusi xoreoqrafiya ilə damğa vurdu. Gecə boyu enerji dolu performansı ilə diqqət çəkən sənətçi qonaqlarına unudulmaz anlar yaşatdı. Məşhur dostları Yeliz, Faruk K, Zeyno Gönenç və digər sənətçilər onu bu önəmli gecədə yalnız buraxmadı. Yonca Evcimik öz görünüşünü və gənc qalmağını sənətə və yaradıcı olmağa borclu olduğunu bildirdi. Ulusum.az xəbər verir ki, azad ruhlu və enerjili qadın obrazını qoruyub saxlayan sənətçi, yeni layihələri ilə də gündəmdə qalacağını açıqladı. “Lambada” mahnısı artıq bütün rəqəmsal platformalarda dinləyicilərin ixtiyarına verilib. Musiqisevərlər Evcimikin bu yeniliyini böyük maraqla qarşılayıb. Bu dönüş həm sənətçi, həm də dinləyicilər üçün sevinc dolu hadisəyə çevrilib.Ulusum.az / R.İkramlı

Diqqət Çəkənlər

“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO

Yunus Oğuz: “8 Noyabr yalnız Azərbaycanın deyil, bütün türk dünyasının Zəfər Günüdür”

Trabzon ilə Soçi arasında dəniz körpüsü quruldu

Seçilən
34
ulusum.az

1Mənbələr