AZ

Azərbaycanda bu rayon ləğv edilir? – İki mühüm addım

Siyasi şərhçi Heydər Oğuzun sosial şəbəkə hesabındakı paylaşımı diqqət çəkib. O, Sədərək rayonunun ləğv ediləcəyini iddia edib.

Sitat: “Rayondakı qaynaqlarımdan aldığım məlumata görə, bir həftə əvvəl Sədərəkdəki “Kapital bank“ın bankomat kassası, rayon xəstəxanasının bəzi aparatları sökülərək Şərura aparılıb. Hər iki hadisəni rayonun ləğvinə hazırlıq kimi dəyərləndirən bəzi sakinlər etiraz ediblər”.

Qeyd edilən məsələ nə qədər əsaslı ola bilər?

Ölkə.Az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı, sabiq deputat Vahid Əhmədov Heydər Oğuzun kifayət qədər məlumatlı şəxs olduğunu deyib:

“Rayonların birləşməsi məsələsi uzun müddətdir müzakirə olunur. Hazırda Azərbaycanda 14 iqtisadi rayon var, 15-ci isə Naxçıvan Muxtar Respublikasıdır. Bəzi rayonlarda müəyyən ərazilərin birləşdirilməsi məsələsinin gündəmə gəlməsi mümkündür. Amma Sədərək rayonunun ərazisi Ermənistanla sərhəddə yerləşir. Ona görə də rayonun ləğv edilərək birləşdirilməsinin nə dərəcədə məqsədəuyğun olduğunu demək olmur”.

Sabiq deputat qeyd edib ki, rayonların birləşdirilməsi ilə bağlı qərar vermək səlahiyyəti Milli Məclis və Prezidentə məxsusdur:

“Amma inanmıram ki, Sədərək rayonunda hər hansı bir birləşdirmə prosesi getsin. Bura strateji əhəmiyyət daşıyır, hərbi və sosial infrastrukturun gücləndirilməsi daha vacibdir. Yəni Sədərək sərhəd rayonu olduğu üçün daha da möhkəmləndirilməli, hərbi hissə yerləşdirilməli və əhalinin sosial rifahına xüsusi diqqət göstərilməlidir”.

Seçilən
75
olke.az

1Mənbələr