ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Rusiyanın İrkutsk vilayətinin Ust-İlimsk şəhərində 14 nəfər qidadan zəhərlənib.
"Report" xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un regional idarəsi məlumat yayıb.
Bildirilib ki, bütün zərərçəkənlərdə salmonellyoz təsdiqlənib.
"Zərərçəkənlər öz vəziyyətlərini oktyabrın sonunda "Sakura ekspress" suşi-barından alınmış rollarla əlaqələndirirlər", - məlumatda deyilir.
"Rospotrebnadzor"un məlumatına görə, müəssisədə aparılan yoxlama zamanı bir sıra pozuntular, o cümlədən qidaların saxlanma və hazırlanma qaydalarının pozulması aşkar edilib. Müəssisə üç ay müddətinə bağlanıb.
Rusiya Cinayət Məcəlləsinin 238-ci maddəsi ilə (təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi) cinayət işi açılıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.