AZ

Elektrik mühərrikli avtomobillərin ƏDV-yə cəlb edilməsi bazara necə təsir göstərəcək? - RƏY

Bakı.Trend:

Gələn ildən elektrik mühərrikli avtomobillərin idxalı və satışıəlavə dəyər vergisinə (ƏDV) cəlb ediləcək. Bu dəyişiklik avtomobilbazarında qiymət dinamikasına, istehlakçı davranışına və ümumirəqabət mühitinə təsir göstərə bilər. ƏDV-nin tətbiqi elektrikavtomobillərinin qiymətlərinin artmasına, nəticə etibarilə isəsatış tempinin müəyyən qədər zəifləməsinə səbəb ola bilər?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Trend-ə açıqlamasındabildirib ki, idxal olunan elektromobillər əlavə dəyər vergisinəcəlb ediləcəksə, təbii ki, bu növ nəqliyyat vasitələrininqiymətində yüksəlmə olacaq.

O qeyd edib ki, elektromobillərin əlavə dəyər vergisinə cəlbedilməsi avtomobil bazarına ümumilikdə ciddi təsir etməyəcək.

“Elektromobillərə bizim ölkədə maraq olsa da, populyarlıqdərəcəsi bir o qədər də deyil. Bunun da bəzi səbəbləri mövcuddur.Məsələn, hələki ölkədə enerji doldurma məntəqələrinin sayı azdır.Həmçinin bu növ avtomobillərin ehtiyat hissələri, təmirməsələlərində də bir qədər problemlər mövcuddur”.

Ekspert əlavə edib ki, növbəti il Azərbaycanın avtomobilbazarında bahalaşma gözləniləndir.

Nəqliyyat eksperti Elməddin Muradlı Trend-ə açıqlamasındadeyib ki, ƏDV-dən azad olunmanın ləğvi elektromobillərin və dolayıyolla digər avtomobillərin qiymətinə də təsir edəcək.

“Elektrik və hibrid avtomobillər ölkəyə daha ucuz qiymətəgətirildiyi üçün onlara maraq daha çox idi. Bu da ikinci əlavtomobil bazarında durğunluq yaratmışdı”.

Ekspert bildirib ki, indi qiymətlər arasında fərq azalacağıüçün, yəni elektrik və hibrid avtomobillərin qiyməti ənənəviavtomobillərə yaxınlaşacağı üçün, insanlar seçim zamanı artıqyalnız bu kateqoriyaya üstünlük verməyəcəklər:

Digər tərəfdən, elektrik və hibrid avtomobillərə olan maraq, çoxzaman ekoloji səbəblərdən yox, dövlətin tətbiq etdiyi vergigüzəştlərinə görə idi. Yəni, insanların bu avtomobilləri almasəbəbi daha çox iqtisadi üstünlüklər idi, nəinki yalnız ətrafmühiti qorumaq.

O əlavə edib ki, əgər güzəşt ləğv olunarsa, bu avtomobillərinqiymətində təxminən 15-20% civarında artım müşahidə olunabilər.

“Eyni zamanda, ənənəvi avtomobil bazarında da bir qədər canlanmabaş verə bilər. Bu canlanma onların qiymətinə də müəyyən təsirgöstərə bilər”,- deyə ekspert əlavə edib.

Məqalədə:
Seçilən
62
4
az.trend.az

5Mənbələr