BAKI, 6 noyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda “Qarabağ”ın rəqibi olan Niderlandın “Ayaks” klubu baş məşqçisi Con Heytinqa ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bu qərara səbəb komandanın UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Türkiyə təmsilçisi “Qalatasaray”a 0:3 hesabı ilə məğlub olmasıdır.
Mayda Niderland təmsilçisinin “sükanı arxası”na keçən 41 yaşlı mütəxəssisin müqaviləsi 2027-ci ildə başa çatmalı idi.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” qarşılaşması dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.