AZ

ABŞ İrandan “Hizbullah”a milyonlarla dollar köçürən şəxslərə sanksiya qoyub

BAKI, 6 noyabr. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi “Hizbullah” terror təşkilatının silahsızlaşdırılmasını dəstəkləmək məqsədilə təşkilatın maliyyə işlərindən məsul bir neçə üzvünə sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, həmin şəxslərin 2025-ci ildə İran tərəfindən “Hizbullah”a milyonlarla dollar vəsait ötürülməsində iştirak etdikləri bildirilib.

Nazirlik edib ki, bu məqsədlə Üsamə Cabir, Məhəmməd Cəfər Məhəmməd Qasir və Samir Kəsbar ABŞ-nin sanksiyalar siyahısına daxil olunub. Bu şəxslərin Livanın iqtisadi sistemindən istifadə edərək valyutadəyişmə məntəqələri vasitəsilə maliyyə əməliyyatları həyata keçirdikləri vurğulanıb.

Məlumatda deyilib ki, onların fəaliyyət üsullarından biri İran neft və mallarının satışı, əldə olunan gəlirin isə qanuni və qeyri-qanuni valyutadəyişmə şəbəkələri vasitəsilə Livana köçürülməsi olub.

Seçilən
29
teleqraf.com

1Mənbələr