AZ

Əziz dost, nurani, nurlu həkim, qaygıkeş insan!

(Elegiya)

Əlimə qələm alıb nəcib insan, insanlığa nümunə olan dəyərli dost, çoxsaylı insanların ümid işığı olan, daimi qədirbilən, həmişə insanlar tərəfindən sevilən, öz şəfalı əlləri ilə insanların saglamlığının qayğısını çəkən, zehni, düşüncələri ilə insanlara saglamlıq bəxş edən, öz səmimiyyəti ilə insanlar arasında dərin hörmət qazanan. böyük nüfuz sahibi, hörmətli dostum Cəbrayıl Əlinağıyev haqq dünyasına qovuşandan sonra onun haqqında xatirələrimi yazmaga başlayanda xeyli zaman özümə gələ bilmədim. Daha  doğrusu onun yoxluğuna inana bilmədim.

Bir vaxtlar Sumqayıt Təcili Tibbi Yardım  Xəstəxanasında həkim işləyən, artıq haqq dünyasına qovuşan qardaşım Cəbrayıl İsmayılov və əziz dostum Zahid Quliyevi itirəndən sonra yeganə olaraq qardaş əvəzi Cəbrayıl Əlinağıyevə həmişə ümid bəsləyib, ona arxalanmışdım. Əfsus ki, Böyük Yaradan onu da mənə çox gördü...

Cəmiyyətdə inandığım bu ümidim də uzun sürmədi, amansız ölüm 2025-ci ilin oktyabr ayının 20-də onu da əlimizdən aldı. Bu, Sumqayıt səhiyyəsi üçün çox böyük itkidir, belə insanlar həyatda az olurlar. O, cavan yaşlarından başlayaraq ömrünün sonuna kimi bütün mənalı həyatını travmatologiya şöbəsinə rəhbərlik etmişdi. Düz qırx il. Cəbrayıl həkim çox keşməkeşli, mürəkkəb, lakin şərəfli bir həyat yolu keçmişdi.

Cəbrayıl həkim bir təbib kimi çalışmaqla tibb elminin incəlikləri ilə də məşgul olmuş, bu sahədə elmi iş müdafiə eləyib, tibb üzrə fəlsəfə doktoru olmuşdu. Və özünün böyük məktəbini yaratmışdı. Bu mənada tibb sahəsində məqsədyönlü tədqiqat işləri aparmış və tibb üzrə fəlsəfə doktoru, alim olmaqla Sumqayıtda travamatalogiya sahəsində böyük uğurlar əldə etmişdi. O, bu sahədə fəaliyyətini davam etdirərək doktorluq dissertasuyasını tamamlasa da, lakin səhhəti ona yol verməmişdi ki, bu elmi işini müdafiə eləsin.

O, işlədiyi müddətdə kollektivin dərin hörmətini qazanmışdı.

Əlbəttə, dünyaya çoxlu sayda insanlar gəlir, onların hamısı xoşniyyətli və sülhsevər olmurlar. Bu mənada həkim Cəbrayıl Əlinağıyev olduqca sülhsevər, insanpərvər, xeyirxah əməl sahibi olmaqla Sumqayıtda və ondan kənarda yaşayan insanlara qaygıkeşliklə yanaşan, hippokrat andına sadiq qalan həkimlərimizdən idi. Qaygıkeş həkim birinci və ikincı Qarabag müharibəsində, 1988-ci il Sumqayıt hadisələrində, 1990-cı ilin 19-20 yanvar hadisələrində  yaralanan insanlara daimi tibbi xidmət göstərmiş, onların həyata qayıtmasında danılmaz rolu olmuşdur.

Cəbrayıl həkim yorulmaq nə olduğunu bilməyən, hətta gecə saat 1-2-də qəzaya düşüb ağır travma almış xəstələrə tibbi yardım edərək yuxusuna haram qatmış həkim idi.

Amerikanın birinci prezidenti Benjamin Fanklinin belə bir deyimi var: “Çox adam artıq 25 yaşında ölür, ancaq onu məzara 75 yaşında qoyurlar. Bu o deməkdir ki, bu insan 25 yaşdan sonra heç bir xeyirxah, faydalı iş görməmiş, xalqına və dövlətinə xeyir verməmişdir. Ona görə də belə insanlar ölü kmi qiymətləndirilir”. Qeyd edilənlərə nəzərən Cəbrayıl həkim ömrünün sonuna kimi xalqına, millətinə xeyirxahlıqla, həvəslə xidmət etmiş təbib idi.

Mənim Cəbrayıl doktorla münasibətim 1985-ci ildən başlayıb. Sumqayıt şəhərinin bütün ictimai tədbirlərində onu bir vətənpərvər insan kimi tanımışam. Həmişə haqqın və ədalətin tərəfdarı idi. Cəbrayıl həkim hər bir insanla öz dilində danışmağı və qəlbinə yol tapmagı bacarırdı. O, xəstə ilə elə danışıb, söhbət edirdi ki, sanki xəstədə şirin sözlərlə özünə böyük inam yaradırdı.

Cəbrayıl həkimin dogulduğu bölgədən çoxdan çıxmağına baxmayaraq, o daimi doğma torpağına gedir, insanlarla görüşür, onların sağlamlıqlarına qarşı dəyərli məsləhətlər verir, onlara qayğı göstərirdi, eynilə elinin-obasının xeyir-şərində yaxından istirak edir, həmişə xalqın içində olurdu. Bu da onun elinə, vətəninə bağlılığından və vətən sevgisindən irəli gəlirdi. Cəbrayıl həkim günəş kimi parlaq, daim  insanların saglamlığına nur saçan, dağlar kimi vüqarlı, axar su kimi şəffaf bir insan idi.

Xalq arasında belə bir deyim var: “Adam var evdən gedir, adam da var eldən gedir”. Sözün əsl mənasında Cəbrayıl həkim eldən gedən ziyalı şəxs idi.

O, danışanda heç vaxt səsini qaldırmazdı, mən onunla müxtəlif məsələlər üzrə diskussiya edərdim. O, danışanda çox təmkinlə, fəlsəfi qaydada, aramla, sakit başa düşülən tərzdə  fikirlərini ifadə edərdi. Ona görə də onunla təmasda olanlar Cəbrayıl həkimə diqqətlə qulaq asardılar.

Mən elə bir Sumqayıt sakini görmədim ki, kimsə ondan narazı qalsın, bu da onun böyüklüyündən, saflığından,  savadlı təbib olmasından irəli gəlirdi.

Cəbrayıl həkimin xalq qarşısında xidmətləri nəzərə alınaraq, dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, çoxsaylı fəxri fərmanlar, orden və medallarla təltif olunmuş, Əməkdar həkim adına layiq görülmüşdü. Onun travmatologiya sahəsində çoxlu yetişdirmələri vardır. Onun yetişdirmələri indi də bu ənənələri layiqincə davam etdirirlər. Eləcə də qardaşı Arif həkim, övladları Nəsimi, Babək, Vüsalə xanım da  Cəbrayıl həkimin şərəfli yolunu davam etdririrlər.

Cəbrayıl həkim haqq dünyasına qovuşsa da daimi onu sevənlərin qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin, yeri cənnət olsun!

Sözümün sonunu tatar şairi Musa Cəlilin bu kəlamı ilə bititirəm: “ Elə yaşa ki, öləndən sonra ölmə”. Doğrudan da Cəbrayıl həkimi sevənlər onu həyatda daimi yaşadacaqlar. Deməli, o, heç vaxt ölməyəcək.

İsmayıl İSMAYILOV

Seçilən
22
herbiand.az

1Mənbələr