AZ

Mexanizm elə qurulmalıdır ki, icra başçısı istəsə belə vəzifədən sui istifadə edə bilməsin Tural Abbaslı

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"“İslahat” dedikdə icra hakimiyyətlərində aparılan həbslər və ya hansısa dövlət qurumlarında keçirilən yoxlamalar nəzərdə tutulursa, bu, islahatdan daha çox yoxlama, təftiş və cinayətkarların ifşa olunması, məsuliyyətə cəlb edilməsi prosesidir".Bu sözləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib."Biz çalışmalıyıq ki, bu cür cinayətlər ümumiyyətlə törədilməsin, onların qarşısı vaxtında alınsın. Yoxsa, cinayət baş verdikdən sonra həmin şəxsləri məsuliyyətə cəlb edib hüquqi qiymət vermək islahat sayıla bilməz".O bildrib ki, islahat o zaman sayılar ki, elə mexanizm qurulsun ki, hətta icra başçısı istəsə belə, vəzifə səlahiyyətlərindən sui-istifadə edə bilməsin:"Eləcə də hansısa məmur xalqın, millətin və dövlətin puluna sahib çıxmağa cəhd göstərsə belə, buna imkan verilməsin.

Yəni, bu addımlar, yeni qanunvericilik bazasının yaradılması və səmərəli idarəetmə strukturunun qurulması əsl islahat sayıla bilər.

Yoxsa kiminsə həbsi, kiminsə işdən çıxarılması və ya yeni şəxslərin təyin olunması islahat adlandırıla bilməz".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
demokrat.az

1Mənbələr