AZ

Ronaldo ən bahalı alış-verişini açıqladı

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo indiyə qədər ən bahalı alış-verişi açıqlayıb. Metbuat.az xəbər verir ki, o, indiyə qədər aldığı ən bahalı şeyin təyyarə olduğunu ifadə edib. Ronaldo “Global Express 6500” təyyarəsinə sahib olduğu bildirib. O, təyyarə üçün 50 milyon avro xərcləyib.

Qeyd edək ki, “Əl-Nəsr"lə yeni müqavilə imzalayan Kriştiano Ronaldo ildə 178 milyon funt sterlinq qazanır. Ronaldo həmçinin imza bonusu da əldə edib. "Bloomberg"in məlumatına görə, bu müqavilədən sonra "Mançester Yunayted", "Real Madrid" və "Yuventus"un keçmiş oyunçusu dünyanın ilk milyarderi olub. Ulduzun sərvəti hazırda 1,4 milyard dollardır.

Seçilən
44
metbuat.az

1Mənbələr