Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Ağaclar susuzluqdan əziyyət çəkəndə meyvələr standartlara uyğun olmur. Yəni, hər bir meyvənin müəyyən standartı, əmtəə görünüşü var. Susuzluq olduqda meyvələr kiçik olur və xarici səthində lazımi parlaqlıq müşahidə edilmir. Meyvələr standartlara uyğun olmadığından onlara tələbat azalır. Yəni, alıcılar belə meyvələri bəyənmirlər və satış zəif olur".Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin Beyləqan rayon nümayəndəsi Mehman Əliyev deyib. O bildirib ki, buna görə də bazarda yalnız keyfiyyətli meyvələrə daha çox tələbat yaranır və onlar sürətlə satılır:"Ağacların uzun müddət susuz qalması, əlbəttə, onlara mənfi təsir göstərir, amma öldürücü təsir göstərmir. Su azlığı səbəbindən ağaclar zəif inkişaf edir, maddələr mübadiləsi zəifləyir.
Yəni, maddələrin bitkiyə nüfuz etməsi çətinləşir. Buna görə də həm məhsul az olur, həm də olan məhsul əmtəə görünüşünə malik olmur.
Ötən yay dağlıq zonalarda, dəmyə şəraitində olan meyvə ağaclarında quraqlıq səbəbindən məhsullar normativlərə yaxın olmayıb, standartlara uyğun gəlmədiyindən bazarda yüksək tələbat yaranmayıb".Qeyd edək ki, əkinçilər böyük miqdarda mandarinin əllərində tələf olduğunu bildiriblər.Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.